Xalq artisti Arif Quliyev Qaradağ rayonu "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

7.05.2021 - 614 - Mədəniyyət

Xəbər verdiyimiz kimi, Xalq artisti Arif Quliyev gecə dünyasını dəyişib.

SHOWXEBER.AZ-ın məlumatına görə, Mədəniyyət Nazirliyi Xalq artisti Arif Quliyevin vəfatı ilə bağlı açıqlama yayıb. Bildirilib ki, nazirlik mərhum sənətçinin vəfatından kədərləndiyini bildirir, ailəsi və yaxınlarına başsağlığı verir.

“Mədəniyyət Nazirliyi xalq artistinin dəfni ilə bağlı məsələlərə dəstək göstərir və bildirir ki, dəfnin yeri və vaxtı mərhumun ailəsi tərəfindən müəyyən ediləcək. Allah rəhmət eləsin!”, - deyə açıqlamada qeyd olunub.
***
A.Quliyevin qızı günel Quliyeva atasının Qaradağ rayonu "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcəyini bildirib.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti