Məşhur meyxanaçılar həbs edilə bilərlər - DİN-dən AÇIQLAMA / VİDEO

7.05.2021 - 461 - Maqazin


Redaktor.az xəbər verir ki, bu qaydalara riayət etməyənlərin sırasında məşhur meyxanaçılar da var. Bir neçə dəfə xəbərdarlıq olunsa və cərimələnsələr də, qanunu pozmaqda davam edirlər.

Belə ki, Rəşad Dağlı, Balaəli Məşdağalı, Mehman Əhmədli, Ağamirzə, Ruslan Müşfiqabad və digər meyxana ifaçıları bir məkana toplaşaraq, 20-30 nəfərin iştirakı ilə iftar məclisləri keçirirlər. Həmin məclisdən olan fotoları "İnstagram"da paylaşırlar. 
Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev sərt karantin rejimini pozan meyxanaçılar barədə tədbir görüləcəyini deyib:

“Sərt karantin rejimi ilə əlaqədar məqsədindən asılı olmayaraq bütün kütləvi toplaşmalar qadağan edilib. Pandemiya dövründə sosial məsafəni pozmaq risk yaradan vacib əməllərdəndir. Aşkarlanan yeni görüntülər ilə bağlı müvafiq tədbirlər görüləcək. Qaydaları pozan şəxslər barədə inzibati işlər aparılacaq”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti