15 yaşlı Əli Şabanovun ölümü ilə bağlı cinayət işi başlanıldı

7.05.2021 - 269 - Sosial

Bakıda 15 yaşlı Əli Şabanovun binanın fasadından qopan daşın üzərinə düşməsi nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanılıb.

SHOWXEBER.AZ  xəbər verir ki, aprelin 30-da 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlu üzərinə paytaxtın Səbail rayonu ərazisində binanın fasadından daş parçasının düşməsi nəticəsində mayın 5-də müalicə aldığı Respublika Neyrocərrahiyyə Xəstəxanasında vəfat edib.

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb./azmedia.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti